Modern.az

Beyləqanda ölümlə nəticələnən yol qəzası

Beyləqanda ölümlə nəticələnən yol qəzası

1 Fevral 2025, 10:35

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Modern.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzovun idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır