Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdinin sinif yoldaşına xəsarət yetirməsi barədə məlumat yayılıb.
Mərkəzi Aran Regoinal Təhsil İdarəsi hadisə ilə bağlı Modern.az-a açıqlama verib.
"Məsələ ilə bağlı bildiririk ki, 4 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə rəsmi açıqlamada qeyd olunub.