Modern.az

Biləsuvarda ağır qəza - 5 nəfər yaralandı

Biləsuvarda ağır qəza - 5 nəfər yaralandı

6 Fevral 2025, 13:20

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı