Modern.az

Məktəblinin barmaqları kəsilibmiş - Ucardakı hadisənin DETALLARI

Məktəblinin barmaqları kəsilibmiş - Ucardakı hadisənin DETALLARI

Hadisə

6 Fevral 2025, 20:48

Ucarda yeniyetmələr arasında insident baş verib.

 

Modern.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

 

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.

 

"Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır", - xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

 

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi