Modern.az

"Nissan" aşdı, xəsarət alan var 

"Nissan" aşdı, xəsarət alan var 

6 Fevral 2025, 22:50

Şəki-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə İnçə kəndində qeydə alınıb.

 

58 yaşlı Zaqatala rayon sakini Ramiz Hacıyevin idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Bu zaman avtomobildəki sərnişin, 27 yaşlı Zaqatala rayon sakini Aydan Mahamatebinova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Baş verən qəzanın təfərrüatları araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı