Modern.az

İcra məmuru qəza törətdi: ÖLƏN VAR

İcra məmuru qəza törətdi: ÖLƏN VAR

7 Fevral 2025, 09:30

Bakıda icra məmurunun avtomobili ilə vurduğu qadın ölüb.

Modern.az APA-a xəbər verir ki, icra məmuru Tural İsayev 'Mercedes Benz C220" markalı avtomobillə Binəqədi-Novxanı-Corat avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Nərgiz İsgəndərovanı ehtiyatsızlıqdan vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt șəhər prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı