Modern.az

Samuxda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

Samuxda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB

9 Fevral 2025, 17:43

Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub.

 

Modern.az-ın xəbərinə görə, rayonun Sarıqaya kəndində süni sututarında batan Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

16:43

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonu, Sarıqaya kəndində hovuzda 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Modern.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı