Modern.az

Lənkəranda avtomobil kanala aşdı

Lənkəranda avtomobil kanala aşdı

Hadisə

11 Fevral 2025, 13:54

Lənkəranda hərəkətsiz dayanan avtomobil, anidən sürüşərək kanala aşıb.

Modern.az xəbər verir ki, hadisə xəstəxana yolunda baş verib. Belə ki, sürücü yanacağı bitən "KİA" markalı avtomobili kanal ətrafında saxlayıb. Sürücü avtomobilin baqaj hissəsindən yanacaq götürmək istəyərkən, anidən avtomobil sürüşərək kanala aşıb.

Görülən tədbirlər nəticəsində avtomobil kanaldan çıxarılıb.

Qeyd edək ki, avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur. Nəqliyyat vasitəsində sərnişin olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı