Modern.az

Gədəbəydə "Tofaş" aşdı: yaralılar var 

Gədəbəydə "Tofaş" aşdı: yaralılar var 

Hadisə

14 Fevral 2025, 19:37

Gədəbəydə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "TOFAŞ" markalı minik maşını yoldan çıxaraq aşıb.

 

Qəza zamanı 1974-cü il təvəllüdlü E.Qurbanov və 1992-ci il təvəllüdlü F.İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı