Modern.az

Şəkidə ağır qəza: ölən var 

Şəkidə ağır qəza: ölən var 

15 Fevral 2025, 19:53

Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirir ki, bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.

 

Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.

 

Ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ