Modern.az

Sexdə 3 nəfər dəm qazından zəhərləndi 

Sexdə 3 nəfər dəm qazından zəhərləndi 

Hadisə

18 Fevral 2025, 21:35

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, Gədəbəy şəhər ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı