Modern.az

Füzulidə maşın traktorla toqquşdu - İki yaşlı uşaq öldü

Füzulidə maşın traktorla toqquşdu - İki yaşlı uşaq öldü

Hadisə

19 Fevral 2025, 10:16

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

Modern.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı