Modern.az

Zaqatalada iki maşın toqquşdu: yaralılar var

Zaqatalada iki maşın toqquşdu: yaralılar var

19 Fevral 2025, 22:55

Axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Qax rayon istiqamətdə hərəkət edən avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

 

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı