Modern.az

Tərtərdə binada yanğın oldu

Tərtərdə binada yanğın oldu

20 Fevral 2025, 17:12

Tərtər şəhərində yanğın olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəhərdə ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 88 m² olan 5 otaqlı mənzilin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı