Modern.az

Avtobus piyadanı vuraraq öldürüb

Avtobus piyadanı vuraraq öldürüb

Hadisə

21 Fevral 2025, 09:42

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Modern.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı