Modern.az

Qaz balonu partladı - İki qardaş yaralandı

Qaz balonu partladı - İki qardaş yaralandı

Hadisə

21 Fevral 2025, 17:24

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

Modern.az "Report"a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı