Modern.az

Xocalıda mina partladı - Yaralı var 

Xocalıda mina partladı - Yaralı var 

Hadisə

21 Fevral 2025, 21:24

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

 

Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb.

 

Faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

 

DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

 

***

19:19

Xocalı rayonunda mina hadisəsi baş verib.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocalı rayonu ərzisində qeydə alınıb.

 

Belə ki, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib.

 

Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı