Modern.az

Sürüşkən yollarda baş verən QƏZALAR

Sürüşkən yollarda baş verən QƏZALAR

Hadisə

23 Fevral 2025, 16:15

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür.

 

1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;

2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;

3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yol hər iki istiqamətdə sıxlıq var;

4. Nərimanov rayonu, Ziya Bünyadoov və Atatürk prospektlərinin kəsişməsi, “20 Yanvar” m/st istiqamətində sıxlıq var.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var