Modern.az

Bakıda yaşayış binasında PARTLAYIŞ

Bakıda yaşayış binasında PARTLAYIŞ

Hadisə

24 Fevral 2025, 08:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.

Modern.az-ın məlumatına görə, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var