Modern.az

Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

Lerikdə qar uçqunu - 20-yə yaxın kəndlə əlaqə kəsildi

24 Fevral 2025, 14:16

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.

Modern.az xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.

Hazırda bölgədə günəşli hava müşahidə edilir. (AzərTac)

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular