Modern.az

"Qobu Park"da yanğın: sakinlər təxliyə edildi

"Qobu Park"da yanğın: sakinlər təxliyə edildi

Hadisə

24 Fevral 2025, 19:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində on mərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyalar 8kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

18:00

Bakının Qaradağ rayonunda Qobu park yaşayış kompleksində yanğın olub. 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Qobu park yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətlərinin qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var