Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.02.2025-ci il tarixində saat 15:50 radələrində Suraxanı rayonu, Zığ, H.Aslanov 14 ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
O qeyd edib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 52 yaşlı şəxs (kişi cinsli) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. Yanıq şoku və III-IV dərəcəli yanıq diaqnozu qoyulan şəxsə bütün şok əleyhinə reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, ölüm faktı qeydə alınıb".
***
09:12
Bakıda fərdi yaşayış evində yanğın olub.
Modern.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib.
Yanğın zamanı, əqli cəhəddən qüsurlu Ə.Əlməmmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.