Modern.az

Naxçıvanda zəncirvari qəza olub - Xəsarət alan var

Naxçıvanda zəncirvari qəza olub - Xəsarət alan var

26 Fevral 2025, 13:10

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. 

Modern.az xəbər verir ki, zəncirvari qəzada "BMW", "NAZ Lifan" və "Lada" markalı avtomobillər toqquşub. 

Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər