Modern.az

Bakı-Quba yolunda bahalı maşınlar yandı - ANBAAN GÖRÜNTÜLƏR

Bakı-Quba yolunda bahalı maşınlar yandı - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə

3 Mart 2025, 09:58

Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində yanğın olub.

Modern.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisənin martın 1-də Bakı-Qazax yolunda da baş verdiyi bildirilir. Həmin hadisə vaxtı yük avtomobili tamamilə yanaraq sıradan çıxıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər