Modern.az

Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı - VİDEO

Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı - VİDEO

Hadisə

3 Mart 2025, 17:37

Azərbaycanda ana azyaşlı qızına şiddət göstərib. 

Modern.az xəbər verir ki,  bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

Bildirib ki, qadın körpəni kəmərlə döyüb, həyətə atıb: "Aidiyyatı qurumlara göndərmişəm. "Ana" telefonları açmır, amma yəqin ki, izləmək olar. Ana isə məcburi müalicəyə göndərilməli, valideyn hüquqları məhdudlaşdırılmalıdır!". 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır: "Həmin şəxsin kimliyi müəyyən olunub, onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı