Modern.az

Şəkidə 8-ci sinif şagirdi intihar etdi

Şəkidə 8-ci sinif şagirdi intihar etdi

6 Mart 2025, 09:00

Şəkidə intihar hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib.

Belə ki, kənd sakini 2011-ci il təvəlllüdlü T. Məmmədovun meyiti yaşadığı ünvanda anbarda tavanın tirindən asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı məktəblinin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi