Gəncədə 41 yaşlı qadının doğuş zamanı ölməsinin səbəbi açıqlanıb.
TƏBİB-də Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstə gətiriləndə artıq ağır vəziyyətdə olub.
"6 fevral saat 05:00-də 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb. Körpə də ana bətnində ölüb", - deyə məlumatda bildirilib.
***
09:38
Gəncədə doğuş zamanı qadın və körpəsi ölüb.
Modern.az məlumatına görə, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Belə ki şəhər sakini 1984 cü il təvəllüdlü Zülfiyə Yusibova hamiləliyinin 31-ci həftəsində xəstəxanaya müraciət edib. Nəticədə doğuş zamanı ana və bətnindəki uşaq ölüb. Bu, uzun müddət uşağı olmayan qadının birinci hamiləliyi imiş.
Faktla bağlı araşdırma aparılır.