Modern.az

Tovuzda ağır qəza: ölən var 

Tovuzda ağır qəza: ölən var 

Hadisə

9 Mart 2025, 23:09

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

 

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuz Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.

 

Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var