Modern.az

"Koroğlu"da qəza - Sərnişin avtobusu yük maşınına çırpıldı 

"Koroğlu"da qəza - Sərnişin avtobusu yük maşınına çırpıldı 

Hadisə

10 Mart 2025, 09:19

Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər