Modern.az

Qızının evinə qonaq getdi - Yol kənarında meyiti tapıldı

Qızının evinə qonaq getdi - Yol kənarında meyiti tapıldı

Hadisə

11 Mart 2025, 09:08

Ağstafada yol kənarında Gəncə şəhər sakini 1959-cu il təvəllüdlü E.Əhmədovun meyiti aşkarlanıb.

Modern.az APA-ya istinadən məlumat verir ki, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, E.Əhmədov ürək tutmasından vəfat edib.

Mərhum Gəncədən Ağstafaya qızı gilə qonaq gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?