Modern.az

Qubada həkim avtomobillə müəllimi vurdu

Qubada həkim avtomobillə müəllimi vurdu

Hadisə

11 Mart 2025, 16:55

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, şəhərin Əliqulu Nərimanov küçəsində Röya Sultanovanın idarə etdiyi "Kia" markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub. Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzanı törədən Röya Sultanova Quba rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiridir.

Onun avtomobillə vurduğu qadın isə fizika müəllimidir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir