Modern.az

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboyda maşın aşdı - Xəsarət alan var

Hadisə

11 Mart 2025, 17:38

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir