Modern.az

1 gün əvvəl işə düzələn TƏBİB əməkdaşı qəzada ÖLDÜ 

1 gün əvvəl işə düzələn TƏBİB əməkdaşı qəzada ÖLDÜ 

Hadisə

14 Mart 2025, 08:15

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Sevilin əmri martın 11-də verilmişdi. S. Abdullazadə yaşasaydı aprelin 1-də ad gününü qeyd edəcəkdi.

O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Qeyd edək ki, hadisə martın 12-də 22:30-da Günəşlidə baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!