Modern.az

İçərisində 17 ədəd soyuducu olan mağaza YANDI

İçərisində 17 ədəd soyuducu olan mağaza YANDI

18 Mart 2025, 08:43

Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib.

 

Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır