Modern.az

Şəkidə yanğın: kənd sakinləri də səfərbər oldu - FOTOLAR

Şəkidə yanğın: kənd sakinləri də səfərbər oldu - FOTOLAR

Hadisə

18 Mart 2025, 22:14

Şəkinin Baş Şabalıd kənd inzibati ərazisinə daxil olan çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər ki, hadisə yerinə bir neçə texnika, canlı qüvvə səfərbər olunub. Eyni zamanda, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları, Baş Şabalıd, Baş Göynük, Şin və Baş Laysqı kəndlərindən sakinlər də yanğının söndürülməsinə cəlb edilib.

 

Ərazi yüksək dağlıq və əlverişsiz olması texnikaların hərəkətini çətinləşdirir. Ona görə yanğının söndürülməsi zamanı ancaq əl vasitələrindən istifadə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU