Modern.az

Traktor "Vaz-2106"  ilə toqquşdu: ölən var

Traktor "Vaz-2106"  ilə toqquşdu: ölən var

Hadisə

18 Mart 2025, 22:27

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, "Belarus" markalı traktor yola çıxarkən magistralda hərəkətdə olan "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.

 

Nəticədə avtomobildə olan sərnişin Gülmirə Aslanova hadisə yerində ölüb.

 

Nəqliyyat vasitəsində olan digər sərnişinlər Şabran rayon sakinləri Nərminə Cəfərova, Nuray Əliyeva, Mərt Aslanov və Zeynəb Aslanova xəsarət alıblar.

 

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!