Modern.az

Şəkidə ağır qəza - Ölənlər var

Şəkidə ağır qəza - Ölənlər var

Hadisə

19 Mart 2025, 12:56

Bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəkidən keçən hissəsində ağır yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, yolun Suçma kəndindən keçən hissəsində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”dakı 1977-ci il təvəllüdlü sərnişin, Zaqatala rayon sakini Vüqar Ramazanov və “Mercedes”in 1992-ci il təvəllüdlü sürücüsü, Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“VAZ-2106”nın sürücüsü 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!