Modern.az

Maşın dərəyə aşdı - yaralılar var

Maşın dərəyə aşdı - yaralılar var

Hadisə

20 Mart 2025, 18:57

Şamaxı-Pirqulu avtomobil yolunun Məlhəm kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.

Modern.az xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilərin köməyilə avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!