Sumqayıtda 3 yaşlı körpə ölüb.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.
O, Sumqayıt Uşaq Xəstəxanasına gətirilərkən yolda ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.