Modern.az

Ağcabədidə iki avtomobil toqquşdu - Yaralılar var

Ağcabədidə iki avtomobil toqquşdu - Yaralılar var

24 Mart 2025, 11:03

 

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücü və sərnişin xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "KIA" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ"ın sürücüsü, rayon sakini 1992-ci il təvəllüdlü Məmmədov Sənan və onun qohumu, sərnişin İsrail adlı şəxs müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə