Modern.az

Masallıda iki maşın toqquşdu - piyada öldü

Masallıda iki maşın toqquşdu - piyada öldü

Hadisə

24 Mart 2025, 22:39

Masallıda baş verən qəzada piyada ölüb.

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, martın 24-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində Ə.İsayevin idarə etdiyi "Opel" markalı avtomobillə M.Kişiyevin idarə etdiyi "Toyota" markalı avtomobil toqquşub.

Sürücünün idarəetməni itirməsi nəticəsində "Toyota" markalı avtomobil yolun ehtiyat hissəsi ilə hərəkət edən piyada 59 yaşlı Camal Ağayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular