Modern.az

Bakıda sahibsiz itlər iki nəfəri DİŞLƏDİ - VİDEO

Bakıda sahibsiz itlər iki nəfəri DİŞLƏDİ - VİDEO

Hadisə

27 Mart 2025, 09:21

Bakının Nizami rayonu, Əli Vəliyev küçəsi, 7A ünvanında yaşayan sakinlər sahibsiz itlərin onların həyatı üçün təhlükə yaratdığından şikayətlənirlər.

Modern.az Xəzər TV-yə istinadən məlumat verir ki, gecələr itlərin səsindən yatmaq mümkün deyil, gündüzlər isə küçəyə çıxmaq olmur.

Sahibsiz itlər sakinlərdən birini əlindən, digərini isə ayağından dişləyib.

Sakinlərin sözlərinə görə, it məhəllədə yaşayan bir evsizindir. Dəfələrlə itlə bağlı problemi ona desələr də, nəticəsi olmayıb.

Binada yaşayanlar mövcud durumla bağlı dəfələrlə aidyyəti üzrə müraciət ediblər, lakin vəziyyət dəyişməyib.

Ətraflı süjetdə:

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!