Modern.az

Bakıda bədbəxt hadisə: avtomobil dərəyə düşdü - FOTO

Bakıda bədbəxt hadisə: avtomobil dərəyə düşdü - FOTO

Hadisə

27 Mart 2025, 15:54

Yasamal rayonu Yeni Yasamal yaşayış massivində park halında olan avtomobil sürücünün diqqətsizliyindən dərəyə yuvarlanıb.

Modern.az xəbər verir ki, bu barədə teleaparıcı Orxan Sübhan sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, arxaya doğru hərəkət edən minik avtomobili oradakı metal hasarı aşıraraq tikinti sahəsi üçün nəzərdə tutulmuş dərəyə düşüb. Nəticədə sürücü ağır xəsarətlər alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

1425006

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!