Modern.az

Masallıda TIR aşdı: tıxac yarandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Masallıda TIR aşdı: tıxac yarandı - Hadisə yerindən GÖRÜNTÜLƏR

31 Mart 2025, 13:39

Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yük avtomobili aşıb.

Modern.az xəbər verir ki, Dağıstan Respublikasına aid olan "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.

Faktla bağlı araşdırma aparılır.

1425517

1425518

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!