Modern.az

 “VAZ-2107” mağazaya çırpıldı - ÖLƏN VAR

 “VAZ-2107” mağazaya çırpıldı - ÖLƏN VAR

Hadisə

1 Aprel 2025, 12:19

İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobil yolun kənarındakı obyektə çırpılıb.

Modern.az xəbər verir ki, qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, maşında olan iki sərnişin - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.

Yasin Rəhimovxəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!