Modern.az

Göyçaya qonaq getdi - Meyiti dərədən tapıldı

Göyçaya qonaq getdi - Meyiti dərədən tapıldı

Hadisə

2 Aprel 2025, 15:56

Göyçayda martın 30-da itkin düşmüş 52 yaşlı kişinin meyiti tapılıb.

Modern.az xəbər verir ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fuad Firuddin oğlu Kərimovun üzərində xəsarətlər olan meyiti aprelin 2-də Göyçay rayonunda, “Əlvan dərəsi” adlanan ərazidə aşkar olunub.

Məlumata görə, mərhum bayram tətili ilə əlaqədar Bakıdan Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F.Kərimovdan xəbər almaq mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!