Modern.az

Zəlzələdə ölənlərin sayı 3 085 nəfərə çatıb

Zəlzələdə ölənlərin sayı 3 085 nəfərə çatıb

Hadisə

3 Aprel 2025, 09:08

Myanmada martın 28-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 085-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 4 714 nəfər yaralanıb, 341 nəfər isə itkin düşmüş hesab olunur.

Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Taylandın Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Bundan sonra 6,4 bal gücündə ikinci zəlzələ baş verib. Təbii fəlakət Taylanda da təsir edib, yeraltı təkanlar Çin və Vyetnamda hiss olunub.

Myanmada baş verən zəlzələ yaşayış binalarına və infrastruktura ziyan vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!