Aprelin 2-də axşam Zaqatala rayonu Əliabad qəsəbəsində qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.
Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, 02.04.2025-ci il tarixində saat 21:45 radələrində 1 nəfər (kişi cinsli) Zaqatala rayon Əliabad qəsəbə sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilən şəxsə dərhal ilkin tibbi yardım göstərilib. Hal-hazırda vəziyyəti orta ağır qiymətləndirilir, müayinələr davam edir.