Modern.az

Naxçıvan şəhərində yanğın - FOTO

Naxçıvan şəhərində yanğın - FOTO

Hadisə

3 Aprel 2025, 10:42

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Qaraçuq kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yalnız 5 hektar sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqda yerləşən yüksəkgərginlikli elektrik xətləri və ətraf ərazilər yanğından mühafizə olunub.

 

Naxçıvan şəhərində yanğın olub VİDEO

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!