Modern.az

ANAMA-nın əməkdaşı minaya düşdü

ANAMA-nın əməkdaşı minaya düşdü

Hadisə

6 Aprel 2025, 10:45

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. 

 

Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

 

Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

 

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?